İDMAN DIRMANMASI ÜZRƏ ŞƏKİ ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLƏCƏK

ESTAFET/ Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi, ŞƏKİ A.M.A İdman Klubunun təşkilatçılığı, YAP Şəki Təşkilatı Gənclər Birliyi və Şəki Regional Debat mərkəzinin dəstəyi ilə 4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək.

 

Yarış idman dırmanması üzrə beynəlxalq qaydalar əsas götürülərək keçiriləcəkdir. Yarışda 10 yaşdan yuxarı oğlan və qızlar iştirak edə bilər.


İdman tədbirinin keçirilməsində məqsəd bu idman növünü populyarlaşdırmaq və potensialı olan yeniyetmə və gənclərin üzə çıxarılmasıdır. Dərəcə əldə etmiş idmançılar əsasında Şəki şəhərini ölkə səviyyəli yarışlarda təmsil edəcək yığma komanda formalaşdırılacaqdır.