RİO-2016: GÜNÜN PROQRAMI
ESTAFET/ Bugündən idman dünyasının ən möhtəşəm və gözlənilən yarışları olan Yay Olimpiya Oyunları rəsmən start götürür. Oyunların ilk gününün proqramında yalnız oxatanlar mübarizə aparacaqlar.
Bakı vaxtı ilə saat 16:00-da kişilərin fərdi və komanda yarışları keçiriləcək. Saat 20:00-da isə qadınlar fərdi və komanda yarışlarında münasibətlərə aydınlıq gətirəcək. Qeyd edək ki, ilk gün Azərbaycan təmsilçisi Olqa Senyuk da qadınların fərdi yarışlarında mübarizəyə qoşulacaq.
Bakı vaxti ilə avqustun 5-dən 6-na keçən gecə, saat 03:00-da isə məşhur Marakana stadionunda dördilliyin möhtəşəm yarışlarının açılış mərasimi həyata keçiriləcək.