Tennisçimiz Buenos-Ayresə lisenziya qazandı

ESTAFET/ Stolüstü tennisçimiz 2018 Gənclərin Olimpiya Oyunlarına lisenziya qazandı. Bu Azərbaycan stolüstü tennisinin tarixində ilk lisenziyadır.

 

Gənclərin Olimpiya Oyunları Argentinanın Buenos-Ayres şəhərində 2018-ci ilin oktyabr ayında keçiriləcək. 

 

3-5 noyabr 2017-ci il tarixlərində Xorvatiyanın Split şəhərində keçirilən Gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turnirində qız tennisçimiz ilk lisenziyamızı qazanıb. 

Müəllif: Natiq NƏSİROV