Azərbaycan birinciliyinə yekun vuruldu
ESTAFET/ 10 noyabr 2017-ci il tarixində "Konstitusiya günü"nə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu. Birincilikdə 2006-cı il təvəllüdlü və daha kiçik 108 tennisçi iştirak edirdi.
Şəxsi kateqoriyada, keçirilən turnirin qalibləri:
Qızlar:
I yer - Aslanova Arzu
II yer - Dadaşova Mehriban
III yer - Mahmudova Nigar, Nurmətova Mərziyə
Oğlanlar:
I yer - Əhmədzadə Adil
II yer - Becanov Xaliq
III yer - Eylazov Hüseyn, Məmmədbəyov Hacımurad
Qalibləri və onların məşqçilərini Federasiyanın vitse prezidenti Fazil Məmmədov təbrik edib, onlara Federasiyanın diplom, pul mükafatı və hədiyyələri təqdim olunub.