"BARSELONA"DA CİDDİ İTKİ
ESTAFET/ Barselona"nın və Argentina yığmasının yarımmüdafiəçisi Xavyer Maskerano klubun düşərgəsinə zədəli qayıdıb. Argentinanın Nigeriya ilə yoxlama görüşündə (2:4) 90 dəqiqə meydanda olan futbolçu sağ budunu zədələyib.
Klubun həkimləri bunu futbolçu düşərgəyə qayıtdıqdan sonra müəyyən ediblər və bərpa üçün 4 həftə lazım olduğu bildirilir. Beləliklə Maskerano komandasına İspaniya LaLiqasında ən azı "Leqanes" (18 noyabr), "Valensiya" (26 noyabr), "Selta" (3 dekabr) və "Vilyarreal"la (10 dekabr) oyunlarda kömək edə bilməyəcək.