Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
MUNDİALIN BÜTÜN İŞTİRAKÇILARI MƏLUMDU -
MUNDİALIN BÜTÜN İŞTİRAKÇILARI MƏLUMDU

ESTAFET/  2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının bütün iştirakçıları artıq bəllidir. Mundiala son vəsiqənin sahibi Peru millisi olub.

 

Belə ki, Cənubi Amerika zonasının 5-cisi olan perulular Okenaiya zonasının qalibi Yeni Zelandiya komandasına 2:0 (ilk oyun 0:0) hesabı ilə qalib gələrək adını 32-lər siyahısına yazdıra bilib. Xatırladaq Peru sonuncu dəfə 1982-ci ildə mundial iştirakçısıolmuşdu.

 

Mundiala zonalar üzrə vəsiqə qazanan komandalar:
Avropa: Rusiya (təşkilatçı ölkə), Almaniya, 
Belçika, İngiltərə, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka
Cənubi Amerika: Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Peru
Asiya: İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Afrika: Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis

KONKAKAF: Meksika, Kosta-Rika, Panama

Avstraliya