RİO-2016: TEYMUR MƏMMƏDOV 1/8 FİNALDA - YENİLƏNİR

ESTAFET/ Olimpiya yığmamızın bayraqdarı, 2012 London Olimiadasının bürünc mükafatçısı, Avropa Oyunlarının qalibi Teymur Məmmədov (boks - 81 kq) bu gün ilk sınağına çıxıb. 1/16 finaldan mübarizəyə qoşulan boksçumuzun bu mərhələdə rəqibi güclü Ukrayna boksçusu Denis Solonenko idi.
Teymur ağıllı döyüş sərgiləyərək rəqibinə heç bir şans vermədi və 3-0 hesablı qələbə ilə adını 1/8 final mərhələsinə yazdırdı. Bu mərhələdə onun rəqibi iranlı Ehsan Rouzbahanini 3-0 məğlub edən holland Peter Mullenberg olacaq. Döyüş avqustun 11-i axşam seansında keçiriləcək.
