FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: V TUR
ESTAFET/ Xəbər verdiyimiz kimi bu gün İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi start götürüb. Noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparır.
Bu gün turnirdə beşinci turun oyunları keçirilib və bütün qarşılaşmalar heç-heçə bitib.
Rəcəbov - Harikrişna (Hindistan) 0,5:0,5
Qiri (Hollandiya) - Ryazantsev (Rusiya) 0,5:0,5
Vaşyer-Laqrav (Fransa) - Nakamura (ABŞ) 0,5:0,5
Valyexo (İspaniya) - Li Çao (Çin) 0,5:0,5
Yakovenko (Rusiya) - Svidler (Rusiya) 0,5:0,5
Tomaşevski (Rusiya) - Rapport (Macarıstan) 0,5:0,5
Elyanov (Ukrayna) - İnarkiyev (Rusiya) 0,5:0,5
Qelfand (İsrail) - Hammer (Norveç) 0,5:0,5
Dinq Liren (Çin) - Aronyan (Ermənistan) 0,5:0,5