PƏRVİZ DÇ-NİN BÜRÜNC MEDALINI QAZANDI: U23 DÇ-2017

ESTAFET/ Polşanın Bıdqoş şəhərində keçirilən güləş üzrə U-23 Dünya çempionatı artıq başa çatmaq üzrədir.  

 
Bu kateqoriyada ilk dəfə keçirilən çempionatın son iki günündə sərbəst üslubda güləşənlər döşək üzərinə çıxacaqlar. Bugünkü mübarizəyə Azərbaycan təmsilçilərindən 57, 61 və 86 kq çəki dərəcələrində olan güləşçilər qoşulmuşdu. Onlardan yalnız Pərviz İbrahimov (57 kq) mükafatçılar sırasında yer almağı bacarıb. Belə ki, Pərviz Dünya çempionatının bürünc medalını qazana bilib. 
 
Güləşçilərimizin görüşləri aşağıdakı nəticələrlə yekunlaşıb. 
 
57 kq: Pərviz İbrahimov - Bürünc medal
1/16 final: Pərviz İbrahimov - Deyton Fiks (USA) 5:2
1/8 final: Pərviz İbrahimov - Kazuqa Kayanaqi (JPN) 5:1
1/4 final: Pərviz İbrahimov - Andrey Yatsenko (UKR) 4*:4
Yarımfinal: Pərviz İbrahimov - Reyneri Orteqa (CUB) 4:5
Bürünc medal üçün: Pərviz İbrahimov - Jandos İsmailov (KAZ) 2*:2 
 

61 kq: Əli Rəhimzadə

1/8 final: Əli Rəhimzadə - Ravinder Ravinder (IND) 3:5
 

86 kq: Hacımurad Maqomedsaidov

1/16 final: Hacımurad Maqomedsaidov - Masao Matsusaka (JPN) 10:0
1/8 final: Hacımurad Maqomedsaidov - Əzəmət Dövlətbəyov (KAZ) 2:6

Təsəlliverici: Hacımurad Maqomedsaidov - Zuşen Lin (CHN) 12:2

Təsəlliverici: Hacımurad Maqomedsaidov - İrakli Msituri (GEO) 1:2