ANSO AQOLLİ 200-Ə ÇATDI

ESTAFET/ Azərbaycan Topaz Premyer Liqasının XIII turu "Qarabağ"ın legioner futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.

 

Albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi "Zirə" ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən "Qarabağ"da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına "Qarabağ" formasında çıxan müdafiəçinin hesabında 3 qol var.

 

Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.