QADIN GÜLƏŞÇİLƏR DÜNYA KUBOKUNA YOLLANIR
ESTAFET/ 1-2 dekabr 2017-ci il tarixində Rusiya Federasiyasının Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.
Yığmamızın da iştiriak etdiyi yarışda püşkatmanın nəticəsinə əsasən, güləşçilərimiz Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda, Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları isə A qrupunda mübarizə aparacaqlar.
Yarışda yığma komandanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə isə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.
Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.