Dünya Oyunlarında ilk günə 4 medal
ESTAFET/ Portuqaliyanın Vila Real De San Antonio şəhərində keçirilən IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunlarında taekvondo idman növünün ilk yarış günü başa çatıb. Milli yığma komandamız yarışın birinci günü uğurlu çıxış edib. Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Millinin kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. Belə ki, Nicat 75 kq çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev 75 kq və 75 kq-dan yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.
Bu gün qadınlardan Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (-59 kq, K44) mübarizəyə qatılacaq.