SUMQAYITDA BEYNƏLXALQ TURNİRƏ START VERİLİB
ESTAFET/ Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı beynəlxalq turnir start götürüb.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi bölgələri ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.
Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.