"KEŞLƏ" VƏ "NEFTÇİ" KUBOKUN YARIMFİNALINDA

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

İlk olaraq, Gəncədə yerli "Kəpəz"lə Bakı "Keşlə"si qarşılaşıb. Bakıdakı 0:2 hesablı məğlubiyyətin revanşını almaq istəyən gəncəlilər istəklərinə çata bilməyiblər və Ramiz Məmmədovun yetirmələri yarımfinala çıxıb.

 

Digər qarşılaşmada isə "Neftçi" "Zirə"ni qəbul edirdi. Zirədə keçirilən ilk oyunda minimal hesabla məğlub olan "ağ-qaralar" "Bakcell Arena"da revanş almağı bacarıblar. Oyunun taleyini isə ilk hissədə vurulan iki qol həll edib. 

   

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

 

14 dekabr 2017

"Kəpəz" - "Keşlə"  2:3  (ilk oyun - 0:2)

Qollar: Şəhriyar Rəhimov 48; Kamran Abdullazadə 80 : Mirsahib Abbasov 34, 85, Pərdis Fərcad-Azad 82

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu

 

"Kəpəz": 1. Davud Kərimi, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 13. Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 19. Aydın Qasımov, 24. Məhəmməd Qurbanov 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 7. Sergey Çernişev, 11. Kamran Abdullazadə, 15. Azad Kərimov, 16. Azər Məmmədov, 17. Əli Səmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji

Baş məşqçi: Yunis Hüseynov

 

"Keşlə": 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Urfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev
Baş məşqçi: Ramiz Məmmədov 

 

"Neftçi" - "Zirə"  2:0  (ilk oyun - 0:1)

Qırmızı vərəqə: Yovan Krneta, 90+4

Qollar: Barqas 36, Mirabdulla Abbasov 45+2

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena"

 

"Neftçi": 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 8. Emin Mahmudov, 9. Uqo Barqas, 10. Derlis Meza Kolli, 11. İqnasio Errera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 19. Fəhmin Muradbəyli, 20. Elnur Süleymanov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 27. Məqsəd İsayev

Baş məşqçi: Tərlan Əhmədov

"Zirə": 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. David Manqa, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Orxan Əliyev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 
87. Müşfiq İlyasov, 88. Milad Bayramov, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov