Navas CONCACAF-ın ən yaxşısı seçildi

ESTAFET/ Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.
"Real" (Madrid, İspaniya) klubunun şərəfini qoruyan Kosta-Rika yığmasının qapıçısı Keylor Navas bu ada layiq görülüb.
31 yaşlı Navas Kosta-Rika millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına kömək etməklə yanaşı, mövsüm ərzində klubu ilə bir neçə titula sahib çıxıb. O, Çempionlar Liqası, klublararası dünya çempionatı, La Liqa, İspaniya Kuboku və UEFA Super Kubokunun da qalibi olub.
Keylor Navas "Real"a 2014-cü ilin yayında 10 milyon avro qarşılığında "Levante"dən gəlib. O, 2014-сü ildə də CONCACAF-ın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, əsvermə CONCACAF-a üzv olan yığmaların baş məşqçiləri, kapitanları, KİV nümayəndələri və azarkeşlər arasında aparılıb.