Amit Quluzadə "Səbail"dən ayrıldı

ESTAFET/ "Səbail" Futbol Klubu yarımmüdafiəçisi Amit Quluzadənin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Klubun mətbuat xidmətinin məlumatına görə, futbolçuya azad agent statusu verilib. 


Karyerası ərzində "Neftçi", "Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Portuqaliya), "Sumqayıt", AEL (Yunanıstan) klublarının şərəfini qorumuş Quluzadə, bu ilin yayından "Səbail"in uğurları üçün çalışırdı.