4 komandalı ölkə çempionatına start verildi

ESTAFET/ Uzunmüddətli fasilədən sonra bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2017/2018 mövsümünə start verilib.

 

Qadın voleybolçuların mübarizəsində ciddi dəyişiklik olub. Lakin bu dəyişiklik ən arzuolunmaz dəyişikliklərdəndi. Belə ki, "Telekom"un və Gürcüstan komandasının çempionatda iştirak etməyəcəyi dəqiqləşib. "Azəryol" komandasının da ləğv olduğunu nəzərə alsaq, yarışın formal xarakter daşıdığını görərik. Əsasən gənclərdən təşkil olunmuş Azərbaycan Voleybol Federasiyasının komandası ilə son zamanlar yaradılan "Abşeron" komandası "Azəryol" və "Lokomotiv"lə birlikdə 4 komandalı yarışda mübarizə aparacaqlar. 

 

Kişilərin mübarizəsində isə bu vəziyyət nisbətən qənaətbəxşdir. Belə ki, burada 6 kmanda çempionluq uğrunda mübarizə aparacaq - "Lokomotiv", "Neftçi", MOİK, "Ekspress", "Naxçıvan" və U-18.

 

Voleybol üzrə Azərbaycan çempionatı

I tur

Qadınlar

"Lokomotiv" - "Azerreyl"  0:3 (21:25, 10:25, 13:25)

 

Kişilər

"Lokomotiv" - "Neftçi" 3:0 (25:23, 25:21, 25:21)