"Kəpəz" 8 futbolçusu ilə vidalaşdı

ESTAFET/ “Kəpəz”in əsas komandasının səkkiz üzvü ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib.

 

“Kəpəz” PFK-nın rəhbərliyi bu futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.