"Başa düşürəm ki, İngiltərədə şou davam etməlidi": Qvardiola
ESTAFET/ "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 22-ci turunda "Uotford" üzərində qazanılan qələbəni (3:1) şərh edərkən, İngiltərədə miladla əlaqəli sıx oyun qrafikini yenə tənqid edib:
"Biz həqiqətən yaxşı oynadıq. "Kristal Palas"la xal itirərkən buna reaksiyamızı bildirdik. Böyük komandalar xal itirə bilər, ancaq tez-tez yox. Heyətdə 5 dəyişiklik etdik, lakin bu bizim istəyimiz deyil. Başa düşürəm ki, İngiltərədə şou davam etməlidi, ancaq bu normal qrafik deyil. Biz futbolçularımızı məhv edirik. Futbol federasiyası oyunçular haqda düşünmür, halbuki buna məcburdu. Futbolçular 11 ay davamlı oynayırlar. Onları qorumaq və onlar haqda düşünmək lazımdır. Amma, bilirəm ki, heç kim bayram təqvimini dəyişməyəcək".