İlk oyunda 21 topluq fərq
ESTAFET/ Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubu EHF-in Çağırış kubokunda ilk oyuna çıxıb. Komandamız Lüksemburqda yerli “Düdelanj”ın qonağı olub.
Yunan hakimlər Mixail Mertinian və Evangelos Sirepisiosun idarə etdikləri görüşüdə hər 2 hissədə üstün oynayan komandamız böyük fərqlə qalib gəlib - 36:15 (16:6).
Komandamızda məhsuldarlığı ilə seçilən Anastasiya Metelskaya və Mariya Raçiteleva hərəyə 6 dəfə fərqləniblər.