Qadınlarda 8-ci turun oyunları keçirilib
ESTAFET/ Bu gün qadın həndbolçuların sayca 25-ci olan Azərbaycan çempionatında 8-ci turun son iki oyunu keçirilib.
"ABU Arena"da keçirilən ilk qarşılaşmada "Azəryol" "İdman Akademiyasi"na böyük hesabla qalib gəlib - 31:13.
Günün və turun son görüşündə "Azərsu" "Gənclərbirliyi"nə divan tutub - 40:24.
Xatırladaq ki, turun açılış oyununda son ölkə çempionu "Nur" Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində "Qarabağ"ı qəbul edirdi. Gərgin keçən görüş qonaqların 27:25 hesablı qələbəsi ilə başa çatıb.
Həndbol üzrə Azərbaycan çempionatı - Qadınlar
№ | Komandalar | O | Q | B | M | T - F | X |
1 | Azəryol | 8 | 7 | 0 | 1 | 262 - 165 | 14 |
2 | Azərsu | 8 | 6 | 1 | 1 | 272 - 177 | 13 |
3 | Qarabağ | 8 | 4 | 1 | 3 | 217 - 199 | 9 |
4 | Nur | 8 | 4 | 0 | 4 | 259 - 195 | 8 |
5 | İdman Akademiyası | 8 | 1 | 0 | 7 | 160 - 274 | 2 |
6 | Gənclərbirliyi | 8 | 1 | 0 | 7 | 175 - 302 | 2 |