"Xəzər"dən daha bir transfer

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizion klublarından olan "Xəzər" qış fasiləsində daha bir transfer reallaşdırıb.

 

Əldə olunmuş razılığa əsasən, Ramil Həsənov "Qəbələ" klubundan mövsümün sonuna qədər icarəyə götürülüb. 21 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirib.


Xatırladaq ki, Ramil Həsənov 21 yaşlılardan ibarət yığma komandanın heyətində də yer alıb.