Transfer pəncərəsində "Xəzər" küləyi

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda oynayan Bakının "Xəzər" komandası qız transfer pəncərəsi dövrünə öz damğasını vurmaqda davam edir. Bu dövrün ən aktiv komandası olan "Xəzər" növbəti transferini reallaşdırıb.

 

Əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını "Şüvəlan"da keçirən Vadim Abdullayevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

"Bakı" futbol klubunun yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi "Simurq" və "Qəbələ" klublarında da oynayıb.