RİO-2016: RÖVŞƏN MEDALSIZ QALDI

ESTAFET/  Bugündən etibarən Rio Olimpiadasında ən çox inandığımız və medal gözlədiyimiz idman növü - güləş yarışları başlayır. İlk olaraq döşək üzərində Yunan-Roma növündəki pəhləvanlarımız güclərini sınayacaqlar.  


Pekin və London Olimpiadalarının gümüş mükafatçısı, 59 kq çəki dərəcəsində güləşən pəhləvanımız Rövşən Bayramov Rioda medalın əyarını qızıla dəyəşməyə çalışacaq. Buna Rövşənin təcrübəsi və potensialı tam imkan verir. Rövşən həmçinin son Dünya Çemionatının finalçısıdı.

 

Rövşən Bayramov ilk görüşünü 1/8 final mərhələsində Venesuela təmsilçisi Jose Rayber Rodrigezə qarşı vaxtından əvvəl 8-0 hesablı qələbə ilə bitirib.

 

1/4 finalda Rövşən Birləşmiş Ştatlardan olan rəqibinə də xal vermədən (9-0) yarımfinala çıxıb.

 

Yarımfinalda Rövşən yapon güləşçi Şinobu Otaya 2-4 hesabı ilə məğlub olub. Gecə saat 00:00-dan etibarən Rövşən Oyunların bürünc medalı üçün güləşəcək.

 

Bürünc uğrunda Norveç təmsilçisi Stiq Andre Berge ilə gərgin keçən görüş bərabərliklə başa çatıb. Lakin sonuncu xalı qazanan prinsipilə bürünc norveçliyə qismət olub.