Millimiz AÇ-nin final mərhələsi üçün toplanır

ESTAFET/ Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə yanvarın 10-dan 27-dək Bakı şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

 

Millimizin braziliyalı baş məşqçisi Joze Alesio da Silva toplanış üçün 15 oyunçuya dəvət göndərib.

 

Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Thiaqo Teles Martins, İsa Atayev, Anar Məmmədov, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveira Do Nascimento “Vassoura” (“Al Dhafra”, BƏƏ), Fineo de Araujo (“Agleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisov (“Ekonomaç”, Serbiya) sınayacaq. Məşqlər Bakıda təşkil olunacaq.

 

Dəvət olunanlardan Vitali Borisov, Fineo de Araujo və Vassoura komandaya yanvarın 18-də qoşulacaq.