"Napoli" 22 yaşlı fransız yarımmüdafiəçini aldı
ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasının lideri "Napoli" öz rəsmi saytında fransız yarımmüdafiəçi Zinəddin Maşeşlə 2022-ci ilin yayınadək müqavilə bağladığını bildirib.
22 yaşı futbolçu neapollulara azad agent statusunda qoşulub. Belə ki, ötən ilin sonunda futbolçu "Tuluza" ilə müqaviləsini ləğv etmişdi.
Zinəddin "Tuluza"nın öz yetirməsidi və bu mövsüm komandasının heyətində Liqa 1-də 4 oyuna çıxaraq 1 qol vurub. 2016/2017 mövsümününü isə əlcəzair-mərakeş əsilli xavbek icarə əsasında "Marsel"də keçirmişdi.