Fransa "GoalLine" sistemindən imtina etdi

ESTAFET/ Fransa Peşəkar Futbol Liqası qolun avtomatik hesaba alınmasını müəyyən edən zaman yaranan səhvlərə görə "GoalControl" şirkəti ilə razılaşmanı dayandırıb. 

 

"GolaLine" sisteminin yarasızlığı Fransa Liqa Kubokunun 1/4 final mərhələsinin "Amyen" - PSJ (0:2) və "Anje" - "Monpelye" (0:1) oyunları zamanı müşahidə olunub. Bunadək isə səhvlər Liqa 1-in cari mövsümündə də bəzi oyunlarda aşkarlanmışdı. Buna görə də, Peşəkar Futbol Liqası bu sistemdən istifadənin dayandırılmasına qərar verib. 

 

Qərar FIFA hakimlər korpusu ilə razılaşdırılaraq qəbul edilib.