Qurbanovun gürcülərlə sınağı təxirə düşdü
ESTAFET/ Türkiyədə təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin hazırlıq proqramında dəyişiklik baş verib. AFFA-nın məlumatına görə, Qurban Qurbanovun komandasının yoxlama görüşü keçirəcəyi Gürcüstan yığmasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv edilib. Bu səbəbdən fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan oyunu baş tutmayacaq.
AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FİFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq matçı keçirilə bilər.