Yeniyetmə karateçilərimiz Xorvatiyadan 2 qızıl, 1 bürünclə qayıdır
ESTAFET/ Azərbaycan karateçiləri 2018-ci ilə uğurla başlayıblar. Yeniyetmələrdən ibarət seçmə komandamız Samobor şəhərində nüfuzlu Xorvatiya "Qran Prisi" turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medalla başa vurub.
Karateçilərimizdən Fərid Ağayevlə (52 kq), Fidan Dadaşova (47 kq) çempion olub. Tale Yaqubov (63 kq) isə bürünc medala sahib olub. Perspektivli idmançı Ayla Rzazadə ( +54 kq) bürünc mükafat uğrunda görüşdə minmal hesabla məğlub olaraq 5-ci yeri tutub.
Bu gün 16-20 yaşlı gənclər arasında kumite yarışlarının nəticələri məlum olacaq. Bazar günü müxtəlif yaş qruplarında kata yarışları keçiriləcək. "Qran Pri" turniri fevralın əvvəlində Rusiyada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.