Şəhriyar ilk qələbəsini qazandı: "Tata Steel Chess 2018" - YENİLƏNİR

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gündən etibarən Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir. 

 

Bu gün turnirdə ikinci turun oyunları oynanılırdı və təmsilçimiz qara fiqurlarla qadınlar arasında Dünya çempionu çinli Yifan Hounu məğlub edib. 

 

Veyk-an-Zee, Hollandiya

Tata Steel Chess 2018

 

II Tur

Hou Yifan (Çin, 2680) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804)  0:1

Fabiano Karuana (ABŞ, 2811) - Cons (İngiltərə, 2640) 0,5:0,5
Vey Yi (Çin, 2743) - Pyotr Svidler (Rusiya, 2768)  0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Vişvanatan Anand (Hindistan, 2767)  0,5:0,5
Aniş Giri (Hollandiya, 2752) - Vladimir Kramnik (Rusiya, 2797)  1:0
Başikaran Adiban (Hindistan, 2655) - Maqnus Karlsen (Norveç, 2834)  0:1

Maksim Matlakov (Rusiya, 2718) - Uesli So (ABŞ, 2792)  0,5:0,5 

Müəllif: Natiq NƏSİROV