"Qarabağ"dan qələbə, "Azəryol" ilk heç-heçəsini etdi
ESTAFET/ 20 günlük fasilənin ardından həndbol üzrə 25-ci Azərbaycan çempionatında növbəti turun oyunlarına start verilib.
Yeni ildə ilk olaraq qadın həndbolçuların mübarizəsi baş tutub.
9-cu turun ilk oyununda "Qarabağ" autsayder "İdman Akademiyasını məğlub etməkdə o qədər də çətinlik çəkməyib - 34:22.
Daha sonra meydana ilk iki pillənin sahibləri - "Azərsu" və "Azəryol" komandaları çıxıblar. Gərgin keçən görüşün yekununda tərəflər bərabərliyə razılaşıblar - 32:32.