"Zirə"nin Antalyadkı ilk rəqibi dəyişdi
ESTAFET/ "Zirə"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununda rəqibi dəqiqləşib. Zirəlilər Rumıniyanın yüksək liqa təmsilçisi "Volentaru" ilə qarşılaşacaq. Matç yanvarın 27-də keçiriləcək.
Ayxan Abbasovun komandasının Antalyada ilk rəqibinin Polşanın yüksək liqa klubu "Krakoviya", sonra isə Gürcüstan çempionu "Samtredia" olacağı gözlənilsə də, sonda seçim rumınlar üzərində edilib. "Volentaru" 22 turdan sonra 25 xalla turnir cədvəlində 14 komanda arasında 10-du.
Xatırladaq ki, "Zirə" ikinci sınaq matçını yanvarın 30-da Rusiyanın I liqa təmsilçisi "Avanqard"la keçirəcək. Son oyun isə fevralın 3-də olacaq ki, rəqib hələ bilinmir.