Şəhriyar yenidən liderliyə şərik oldu: Tata Steel Chess 2018 - X tur
ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Bu gün turnirdə X turun oyunları oynanılacaq. Turnirin ənənəsinə uyğun olaraq, iştirakçılar bu tur Qroningen şəhərində masa arxasına keçəcəklər.
Təmsilçimiz Şəhriyarın bu turdakı rəqibi rus Pyotr Svidler idi. Qara fiqurlarla oynayan Şəhriyar, gözəl oyunla 22-ci gedişdə rəqibini mat qoyaraq yenidən turnir cədvəlinin şərikli liderlərindən biridir.
Qroningen, Hollandiya
Tata Steel Chess 2018
X Tur
Pyotr Svidler (Rusiya, 2768) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) 0:1
Maqnus Karlsen (Norveç, 2834) - Uesli So (ABŞ, 2792) 1:0
Yi Vey (Çin, 2743) - Fabiano Karuana (ABŞ, 2811) 0,5:0,5
Cons (İngiltərə, 2640) - Vişvanatan Anand (Hindistan, 2767) 0:1
Aniş Giri (Hollandiya, 2752) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5
Yifan Hou (Çin, 2680) - Başikaran Adiban (Hindistan, 2655) 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2797) - Maksim Matlakov (Rusiya, 2718) 1:0
10 turdan sonra turnir cədvəli: 1-3. Məmmədyarov, Karlsen, Giri 7 xal, 4. Kramnik - 6,5 xal, 5. Anand 6 xal, 6-7. So, Karyakin - 5,5 xal, 8. Svidler - 4,5 xal, 9-12. Matlakov, Cons, Yi Vey, Karuana - 4 xal, 13. Adiban - 3 xal, 14. Yifan Hou - 2 xal.