El Yunussi haqqında qərar verildi
ESTAFET/ “Qarabağ”ı tərk edəcəyi gözlənilən Tarik El Yunusinin gedişi rəsmiləşmək üzrədir. İsveç mətbuatının məlumatına görə, norveçli futbolçu AİK-lə müqavilə imzalayacaq.
Müqavilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan, son yarım mövsümü icarə əsasında “Qarabağ”da keçirmiş yarımmüdafiəçi artıq yunanlarla müqaviləsinə son qoyub. “Boeman qanunu”ndan yararlanan oyunçu artıq azad agentdir.
O, yaxın günlərdə AİK-in düşərgəsinə qoşularaq tibbi baxışdan keçəcək.
Qeyd edək ki, 29 yaşlı oyunçunun İsveç klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Mənbə: APASport