RİO-2016: NATALYA SİNİŞİN BÜRÜNCLƏ KİFAYƏTLƏNDİ

ESTAFET /  Rioda qadın güləşində sonuncu təmsilçimiz - 53 kq çəki dərəcəsində güləşən Avropa çempionu Natalya Sinişin döşək üzərinə çıxıb.

 

İlk görüşü 1/8 finala təsadüf edən güləşçimiz çətin sınaq qarşısındadı. Belə ki, püşk nəticəsində Natalya ilk mərhələdəcə 3 dəfə Olimpiya və 13 dəfə Dünya çempionu, bugünədək Olimpiya və Dünya çempionatlarında hələ məğlubiyyət üzü görməyən yapon Saori Yoşida ilə qarşıaşıb. Görüş 4-0 hesabı ilə yapon güləşçinin xeyrinə başa çatıb.

 

Yoşida finala çıxdığı üçün Natalya bürünc medal mübarizəsinə qoşulub və bundan maksimum yararlanıb. İlk təsəlliverici görüşdə seneqallı güləşiyə qalib gələn Natalya 3-cü yür uğrunda Venesuela təmsilçisi ilə qarşılaşıb. döşəyi 2-1 hesablı qələbə ilə tərk edən Natalya komandamıza növbəti bürünc medalı qazandırıb.