Milli 3-cü görüşdən də məğlub ayrıldı

ESTAFET/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup 2018” beynəlxalq turnirində növbəti oyununu keçirib.
Dsport.az xəbər verir ki, Ukrayna yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Millimizin qollarını Ramil Əliyev, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Xatırladaq ki, Azərbaycan yığması əvvəlki oyunlarında İspaniyaya 1:3, İrana 2:3 hesabı ilə uduzmuşdu.
