Qurbanova 12, Həsənova 6 xalla kifayətləndi

ESTAFET/ Qadın voleybolçular arasında Fransa çempionatında növbəti turun oyunları keçirilib. XV tur çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin üzvləri də meydana çıxıblar.
Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Kemper”in qonağı olub. Qarşılaşma təmsilçimizin komandasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qurbanova matçda 12 xal toplayıb.
Olena Həsənova formasını geyindiyi “Le Kann” isə evdə “Nansi” ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənova oyunda 6 xal yığıb.
15 matçdan sonra “Le Kann” 27 xalla turnir cədvəlində 4-cü, “Venel” 23 xalla 5-cidi.
