"Qəbələ" makedoniyalılarla 2-ci dueldən məğlub ayrıldı

ESTAFET/ Qış hazırlıqlarını Antalyada keçən klublarımızdan biri olan “Qəbələ” toplanışı başa vurmaq üzrədir. Bu gün sonuncu yoxlama görüşünü keçirən qəbələlilərin rəqibi daha bir Makedoniya klubu "Şkendiya” olub. "Qırmızı-qaralar" meydanı məğlub tərk ediblər. 

 

Yoxlama görüşü

3 fevral 2018

 

“Qəbələ” (Azərbaycan) - “Şkendiya” (Makedoniya)  0:2

"Gloria" otelin meydançası

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 29. Hacıağa Hacılı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 11. Asif Məmmədov, 16. Dion Malon, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 6. Elvin Məmmədov

 

Qeyd edək ki, toplanış çərçivəsində “Rabotniçki”yə (Makedoniya - 2:1) qalib gələn “Qəbələ” “Akhisar” (Türkiyə - 1:1) və “Arsenal”la (Tula, Rusiya - 3:3) heç-heçə edib, “Sürix”lə (İsveçrə - 0:1) “Bohemians”a (Çexiya - 1:3) isə məğlub olub.
 

Müəllif: Natiq NƏSİROV