"Hədəfimiz gəncləri yığma üçün tam hazırlamaqdır": Adnan Kistak

ESTAFET/ Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında I dövrənin son turunda "Lokomotiv"lə qarşılaşan AVF meydanı 3:0 (25:12, 25:19, 25:14) hesablı qələbə ilə tərk edib.

 

AVF-in baş məşqçisi Adnan Kistak oyundan sonra Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə öz fikirlərini açıqlayıb.  

 

"Üçüncü oyunumuzu keçirdik. Təbii ki, hələ də tam olaraq oturuşmuş komanda deyilik. Ancaq oyundan oyuna güclənirik və daha yaxşı oynayırıq. Hədəfimiz həm çempionatda yüksək yerlərdən birini tutmaq, həm də gənc oyunçulara təcrübə və güc qazandırıb, onları yığma üçün tam hazırlamaqdır". 

Müəllif: Orxan NOVRUZOV