Runi məşqçi olmaq istəyir
ESTAFET/ “Everton”un hücumçusu Ueyn Runi gələcəkdə məşqçi olmaq niyyətindədi. Bu barədə “Sky Sports”a açıqlamasında təcrübəli futbolçu özü xəbər verib.
O bildirib ki, futbolçu karyerasını bitirdikdən sonra özünü məşqçilikdə sınamaq istəyir: “Hər bir şeyin sonu var. Karyeramı başa vurduqdan sonra da futbolda qalmaq arzusundayam. Özümü məşqçilik işində yoxlamaq istərdim. Futbol mənim həyatımdı. Telestudiyalarda bu idman növü haqda danışmaq da xoşuma gəlir. Ancaq hədəfim gələcəkdə məşqçi olmaqdı”.
Qeyd edək ki, “Everton”un yetirməsi olan Ueyn Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.
Mənbə: APASport