“Neftçi” Rusiya çempionatından qapıçı gətirdi

ESTAFET/ Mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “Neftçi” İK iki futzalçı ilə anlaşıb.

Mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “Neftçi” İK iki futzalçı ilə anlaşıb.

Paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Sonuncu Rusiyanın “Norilski Nikel” komandasından gəlib. Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.

Müəllif: Zaur HACIYEV