Qış Olimpiya Oyunlarına yollanan nümayəndə heyətimiz

ESTAFET/ Fevralın 9-da start götürəcək və 25-dək davam edəcək XXIII Qiş Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibi bəlli olub.  Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək "Ağ olimpiada"ya yollanacaq nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək.

Nümayəndə heyətinə MOK-dan Baş katib Azər Əliyev, rəsmilər Anar Bağırov və Həsənağa Rzayev də daxildir. 

 

Gənclər və İdman Nazirliyindən nazir müavini İsmayıl İsmayılov və idman şöbəsinin müdiri Fərid Mansurov heyətdə yer alıblar. 

 

Bu dəfəki Olimpiadada Azərbaycanı xizək idmanının slalom və böyük slalom yarışlarında Patrik Braxner təmsil edəcək. Federasiya nümayəndəsi isə, Rauf Xəlilovdur.

 

Artıq təmsilçimiz və bir sıra rəsmi şəxslər Pxençxandadır. Onlar bu gün Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak ediblər.  

 

Xatırladaq ki, Azərbaycan Qış Olimpiya Oyunlarına 1998-ci ildən qatılır. 

Müəllif: Natiq NƏSİROV