Səmti müəyyənetmə nədir?
Dünyada ən məhşur idman növlərindən biri olan, səmti müəyyən etmə idman növüdür. Hər yaşda, ilin hər fəslində və istədiyiniz qədər məşğul ola bilərsiniz. Onun əsas məqsədi bundan ibarətdir ki, kompas və xəritə köməkliyi ilə təyin olunmuş ərazilərdə nəzarət məntəqələrini tapmaq və finiş nöqtəsinə daha tez çatmaqdır. NM xəritədə ləpir xətlər ilə birləşən dairələrlə əks etdirilib. Hər dairənin mərkəzində yoxlama məntəqəsi yerləçir. Məntəqələrin verilmiş ardıcıllığını dəyişmək olmaz. Hər nəzarət məntəqəsində ştamp və ya elektron işarəetmə ilə qeyd olunmaq lazımdır. Lakin sonrakı məntəqənin axtarışını hər kəs özünə rahat olan bir yol ilə təyin edir. Məntəqəni özün seçmə və məntəqəyə özün çatma səmti müəyyən etmə idman növünün əsas şərtidir!
Peşəkar-idmançılar üçün yarışdan əlavə olaraq, səmti müəyyən etmə idman növü həm də aktiv istirahət üçün gözəl imkan yaradır. Səmti müəyyən etmə idman növü ilə yaşından, fiziki hazırlığından və idman ixtisasından asılı olmayaraq hər kəs məşğul ola bilər. O, nəinki əzələləri, həm də beyini hərəkətə gətirir və bu da, həyatsevərlik və gündəlik qayğılardan uzaq olmağımıza səbəb olur. Səmti müəyyən etmə idman növü topoqrafiya biliklərinə sahib olmaq, idman xəritəsini oxumaq və ərazini tapmaq, onları tutuşdurmaq və lazımi istiqaməti seçməyi öyrədir. O, idmaçılardan yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirilməsini və fiziki yorğunluğa baxmayaraq, düşünmə qabiliyyətini tələb edir. Səmti müəyyən edənlərdə diqqətçilik, dözümlülük, iradəlilik, çətin vəziyyətdə istiqamətlənmək və bir sıra xüsusiyyətlər əmələ gəlir.