Şpaqaçılar Ukraynada açıq birincilikdə iştirak edirlər

ESTAFET/ Dünəndən etibarən Ukraynanın Xmelnitski şəhərində start götürən yeniyetmə şpaqaçılar arasında keçirilən açıq birincilikdə Azərbaycan qılıncoynadanları da iştirak edirlər.
Məşqçisi Sudef Quliyevin rəhbərliyi altında Əliyev Xalid, Quliyev Barat, Cahangirov Cavid, Səfərov Fərrux, İdriszadə Azərin, Sadıxova Məryəm, Məlikova Məryəm və Rəhimova Nazilədən ibarət şpaqaçılar mübarizə aparır.

