RİO-2016: TOĞRUL ƏSGƏROV BU DƏFƏ GÜMÜŞLƏ KİFAYƏTLƏNDİ
ESTAFET/ Rioda Oyunların son günü sərbəst güləşçilər son medalçıları müəyyənləşdirir. Bu gün 65 və 97 kq-da pəhləvanlar döşək üzərinə çıxıb.
65 kq çəki dərəcəsində güləşən London Olimpiadasının qalibi Toğrul Əsgərov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Rəqib ukraynalı Andrey Kvyatkovskiy idi. Əvvəlki formasını bərpa etdiyini sübut edən Toğrul görüşü 12-2 hesablı qələbə ilə bitirib.
1/4 finalda Toğrulun rəqibi amerikalı Frank Molinaro olub. Gözəl güləşlə bu rəqibini də vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edən Toğrul yarımfinala adlayıb.
Yarımfinalda Toğrulu son Dünya çempionu, italiyalı Frank Çamizo Markezlə gərgin mübarizə gözəyirdi. Görüş gözlənilən məcrada da davam etdi. Sonda qələbəni 7-4 hesabı ilə təmsilçimiz bayram edib və finala vəsiqə qazanıb.
Finalda rəqib rus Soslan Ramonov idi. Gözlənilmədən final görüşünə zəif başlayan Toğrul ümumiyyətlə toparlana bilmədi və yekunda 0-11 hesaı ilə məğlub oldu.