"Qələbəyə yaxın olsaq da, son addımı ata bilmədik": Kristina Yaqubova

ESTAFET/ Voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatının 4-cü turunda baş tutan AVF - "Azərreyl" görüşündən sonra AVF-in və millimizin oyunçusu Kristina Yaqubova voleybol federasiyasının rəsmi feysbuk səhifəsinə oyunla bağlı fikirlərini bildirib.
“Birinci və ikinci partiyalarda qələbəyə yaxın olsaq da, son addımı ata bilmədik. Buna baxmayaraq, son topa qədər oynayırdıq. Şadam ki, bu gün tribunalardan oyunumuza valideynlərim baxırdı. Bu mövsüm ərzində onların Bakıya ilk gəlişidi”.
