Badmintonçularımız AÇ-də ilk oyunu məğlub oldular

ESTAFET/ Badminton üzrə kişilərdən ibarət milli komandamız Avropa çempionatının final mərhələsi çərçivəsində ilk matçına çıxıb.

 

Komandamızın 3-cü qrupda ilk rəqibi Lüksemburq yığması olub. Şəxsi görüşlərdə Orxan Qələndərov və Kənan Rzayev lüksemburqlu rəqiblərinə məğlub olsalar da, Ezmi Qovimuramadhoni Yuno Tomasla görüşdən qalib ayrılmağı bacarıb. Təmsilçilərimiz qoşa yarışlarda da qələbə qazana bilməyib. Orxan Rzayev, Kənan Qələndərov tandemi 3 setin yekununda 1:2 hesabı ilə uduzub. Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni cütü isə lüksemburqlu həmkarlarına 0:2 hesabı ilə məğlub olub. Yekunda Lüksemburq yığması millimiz üzərində 4:1 hesablı qələbə qazanıb.

 

Kişilərdən ibarət milli komandamız Kazan şəhərində keçirilən qitə çempionatında növbəti görüşünü sabah İslandiya millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV