Şotlandiya millisi Maklişə tapşırıldı

ESTAFET/ Futbol üzrə Şotlandiya yığmasının baş məşqçisi müəyyənləşib. Şotlandiya Futbol Federasiyası və Aleks Makliş arasında bağlanan müqaviləyə görə, adıçəkilən mütəxəssis 2020-ci ilədək şotlandlara rəhbərlik edəcək.
Xatırladaq ki, bunadək Şotlandiya yığmasına Qordan Straçan rəhbərlik edirdi. Lakin komandanı DÇ-2018-in final mərhələsinə çıxara bilmədiyi üçün, istefaya göndərilmişdi.
Həmçinin, vurğulayaq ki, son iş yeri Misirin "Zamelek" klubu olan şotland mütəxəssis bununla 2-ci dəfə öz ölkəsinin yığmasına rəbərlik edəcək. O, 2007-ci ildə də qısa müddətə olsa da, ölkəsinin yığmasına rəhbərlik edib.

