Cüdoçularımızdan lk günə 4 medal

ESTAFET/ Avstriyada cüdo üzrə Avropa açıq birinciliyi keçirilir. Yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal əlavə edib.

 

Təmsilçilərimizdən Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala sahib olublar. Telman Vəliyev (73 kq) isə gümüş medal əldə edib. 66 kq-da güləşən cüdoçularımızdan Vüqar Şirinli isə yarışı bürünc medalla başa vurub.

 

Qeyd edək ki, 42 ölkədən 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 18 cüdoçu ilə təmsil olunur. 

Müəllif: Bəhruz MƏMMƏDOV