Formula 1-in idman direktorundan maraqlı təklif

ESTAFET/ Artıq uzun müddətdir ki, "Liberty Media"da mövsüm ərzindəki Qran-Pri yarışlarının sayının 25-ədək yüksəldilməsi haqda müzakirələr gedir. Lakin Formula 1-in idman direktoru Ross Braunun fikrinə görə, yalnız mərhələlərin sayının deyil, onların keyfiyyətinin də yüksəldilməsinə çalışılmalıdır. 

 

"Ən vacib olan yürüşlərin cəlbediciliyidir. Mərhələ sayının artırılmasının mənası yoxdur. Ancaq, əgər dünyanın gözəl yerlərində maraqlı yürüşlər keçirmək imkanı yaranarsa, bunu dəyərləndirmək lazımdır. Mən gözləmə siyahısında olan treklərin və eyni zamanda Formula 1 mərhələsini keçirmək istəyən promouterlərin reytinqini təşkil etmək istərdim. Bunu ona görə edərdim ki, əgər hansısa Qran-Pri kifayət qədər effektli olmasa, onu daha uğurlu biri ilə əvəz etmək mümkün olsun."

Müəllif: Bəhruz MƏMMƏDOV